NATO-nun baş katibi Mark Rutte Avropada ABŞ Prezidenti Donald Trumpın “baş məsləhətçisi” hesab olunur. Bu barədə Financial Times (FT) baş katibin ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin fikrincə, məhz Rüttenin bacarıqları sayəsində Tramp, ehtimal ki, Qrenlandiya və Avropa üçün maliyyə rüsumları ilə bağlı ritorikanı yumşaldıb. Bunun müqabilində Avropa liderləri yalnız ABŞ-ın adada mümkün mövcudluğunun müzakirəsinə razılıq veriblər.
Mənbələr qeyd ediblər ki, Niderlandın baş naziri vəzifəsində 14 il çalışmaq Rütteyə kompromislər tapmağı və razılaşmalar bağlamağı öyrədib.
Niderlandın Leyden Universitetinin dosenti Ernst Dijkschornun sözlərinə görə, Rütte Trampla münasibətlərdə “sualtı üzgüçülük” prinsipini hamıdan yaxşı anlayırdı: suyun altında qalmaq, dalğa yaratmamaq və yalnız nəticə əldə etmək üçün zəruri olduqda üzə çıxmaq lazımdır.
Mark Rutte 1 oktyabr 2024-cü ildən NATO-ya rəhbərlik edir. O, 2010–2024-cü illərdə Niderlandın baş naziri olub.