Geri qayıt Çap et

Əbu-Dabidə Ukrayna üzrə görüş qapalı keçiriləcək

Ukrayna üzrə Əbu-Dabidə keçirilən ikinci üçtərəfli görüşdə KİV nümayəndələrinin iştirakı nəzərdə tutulmur.

Bu barədə RIA Novosti mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, tədbirin yekunlarına dair mətbuat konfransının keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

Bundan əvvəl RT xəbər vermişdi ki, Rusiya nümayəndə heyəti Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukovun rəhbərliyi ilə üçtərəfli işçi qrupunun iclasının ikinci günü ərəfəsində Əbu-Dabidə yerləşən hoteli tərk edib.

DenMedia.az