Geri qayıt Çap et

ABŞ-ın yeni müdafiə strategiyası: Rusiya NATO üçün davamlı riskdir

ABŞ-ın yenilənmiş Milli Müdafiə Strategiyasında Rusiya NATO-nun şərq cinahı üçün daimi təhdid kimi göstərilib.

Bu barədə Pentaqonun rəsmi saytında məlumat verilib. Qeyd olunur ki, bu status yaxın perspektivdə də Rusiya üçün qüvvədə qalacaq.

“Rusiya yaxın gələcəkdə NATO-nun şərq üzvləri üçün daimi, lakin idarəolunan təhdid olaraq qalacaq”, — deyə sənəddə bildirilir.

DenMedia.az