Geri qayıt Çap et

Suriyada təhlükəsizlik qüvvələri Rakkadakı həbsxananı nəzarətə götürdü

Suriyanın keçid hökumətində Daxili İşlər Nazirliyi ölkənin şimal-şərqində, Rakka vilayətində yerləşən “Əl-Aktan” həbsxanasına nəzarəti öz üzərinə götürüb. Həmin müəssisənin təhlükəsizliyi daha əvvəl kürd koalisiyası – “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən təmin edilirdi. Bu barədə Al-İxbariya telekanalının yaydığı DİN bəyanatında deyilir.

Nazirliyin məlumatına görə, hazırda məhbusların saxlanma şəraiti araşdırılır, təhlükəsizlik və asayişin təmin olunması məqsədilə terrorla mübarizə idarəsindən ibarət xüsusi qruplar formalaşdırılıb.

Cümə axşamı SDQ döyüşçülərinin həbsxana ərazisindən çıxarılması prosesi başlayıb. Kanalın məlumatına əsasən, təxminən 800 kürd silahlısı yerləşdikləri mövqeləri tərk edərək Ayn əl-Ərəb (Kobani) şəhəri istiqamətinə göndərilib.

DenMedia.az