Böyük Britaniyanın baş naziri Kir Starmer onu dəstəkləməyən hakim Leyborist Partiyasının deputatlarının istefasına nail ola biləcəyi barədə yayılan söhbətləri vaxt itkisi adlandırıb.
Baş nazir Channel 4 telekanalına müsahibəsində bildirib ki, partiyasına əsas mesajı budur:
“Yaşayış xərclərinin artımı və Avropa ilə dünyada sabitlik məsələlərindən başqa hər hansı mövzunun müzakirəsinə sərf olunan vaxt boşuna gedən vaxtdır. Mən vaxtımı yaşayış xərclərinin artımı ilə bağlı problemlərin və beynəlxalq məsələlərin həllinə sərf edirəm ki, ölkə üçün sabitlik və təhlükəsizlik təmin olunsun.”