Yaponiya hökumətinin üzvləri parlamentin əsas aşağı palatası olan Nümayəndələr Palatasının buraxılması barədə yekdil qərar qəbul ediblər. Bu barədə NHK məlumat yayıb.
Məlumata görə, müvafiq sənəd 23 yanvar, cümə günü Nazirlər Kabinetinin iclasında imzalanıb. Palatanın buraxılması saat 13:00-da başlayacaq plenar iclasda rəsmiləşdiriləcək, bundan sonra buraxılma haqqında fərman oxunacaq və siyasi partiyalar faktiki olaraq seçki kampaniyasına start verəcəklər.