Geri qayıt Çap et

Trampdan iddialı bəyanat: "Sülh Şurası" bənzərsiz olacaq

ABŞ prezidenti Donald Tramp “Sülh Şurası”nı indiyədək dünyada analoqu olmayan beynəlxalq təşəbbüs kimi təqdim edib.

Amerikalı lider sosial şəbəkədə paylaşımında Davosda keçirdiyi görüşləri yüksək qiymətləndirərək, Vaşinqtona qayıtdığını bildirib. Tramp qeyd edib ki, Qrenlandiya ilə bağlı struktur üzərində iş aparılır və bu prosesin ABŞ üçün “möhtəşəm” olacağını vurğulayıb.

“Davosda inanılmaz vaxt keçirdim. Qrenlandiya üzrə struktur üzərində iş gedir və bu ABŞ üçün möhtəşəm olacaq. Sülh Şurası isə dünyanın indiyədək görmədiyi bir layihədir — çox xüsusi”, — deyə Tramp yazıb.

DenMedia.az