Geri qayıt Çap et

Ukrayna–ABŞ xətti Davosda: görüş başladı

Volodimir Zelenski ilə Donald Tramp arasında görüş **Davos**da başlayıb. Bu barədə Ukrinform agentliyi Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforova istinadən məlumat yayıb.

“Zelenski və Tramp Davosda görüşə başlayıblar”, — deyə Sergey Nikiforov bildirib.

Reutersin məlumatına görə, Ukrayna prezidenti İsveçrəyə yerli vaxtla saat 11:30-da gəlib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Dünya İqtisadi Forumu çərçivəsində Zelenski ilə görüşəcəyini açıqlamışdı.

DenMedia.az