Geri qayıt Çap et

Trampın ambisiyası: Tarixə böyük prezident kimi düşmək istəyirəm

ABŞ Prezidenti Donald Trump tarixə böyük lider kimi düşmək istədiyini bildirib.

O, NewsNation telekanalına müsahibəsində deyib:

“İstərdim ki, mirasım böyük prezident olmağım olsun. Böyük prezident anlayışı çox şeyi əhatə edir: ölkənin təhlükəsiz olması, rifahın təmin edilməsi, hər şeyin qaydasında getməsi və bir millət kimi xoşbəxt olmağımız”.

ABŞ lideri əlavə edib:

“Məni böyük prezident kimi tanımalarını istəyirəm. Böyük prezident bütün məsuliyyəti üzərinə götürür”.

DenMedia.az