Geri qayıt Çap et

Qətər İran böhranının diplomatik həlli üçün danışıqlara qoşulub

Qətər İran ətrafında yaranmış vəziyyətin diplomatik yolla həlli üçün aparılan danışıqlar prosesində fəal iştirak edir. Bu barədə ölkənin baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə diplomatik həllin mümkünlüyünə hələ də ümid var.

“Biz hələ də diplomatik həllin tapıla biləcəyinə inanırıq. Məhz buna görə də regiondakı bütün tərəflərlə qeyri-ictimai şəkildə təmaslar qururuq”, — deyə əl-Ənsari jurnalistlər üçün keçirilən brifinqdə qeyd edib.

Rəsmi nümayəndə əlavə edib ki, İran ətrafında gərginliyin artması fonunda Qətər hakimiyyəti əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri ehtiyat tədbirlərini görüb.

DenMedia.az