Geri qayıt Çap et

Tehran ABŞ və İsraili İŞİD terrorçularını İrana yönəltməkdə ittiham etdi

İsrail və ABŞ iğtişaşlarda iştirak etmək üçün İrana İŞİD terrorçuları göndərib. Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi IRIB telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən terrorçular dinc sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetiriblər.

“ABŞ və sionist İsrail rejimi İŞİD terrorçularını böyük xalqımızın üzərinə salıb”, — deyə Musəvi vurğulayıb.

DenMedia.az