Geri qayıt Çap et

“Mənzillər soyuqdur, işıq və su kəsilir” — Kiyevdən həyəcan siqnalı

Ukraynada olan Welt telekanalının müxbiri Kristof Vanner bildirib ki, Kiyevdə enerji sahəsində vəziyyət fəlakət həddinə çatıb.

“Bu artıq hiss olunur: mənzillərdə insanlar üşüyür, istilik demək olar ki, yoxdur, hər şey qeyri-sabitdir. Ardınca yenidən su və elektrik kəsilir”, — deyə jurnalist vurğulayıb.

Onun sözlərinə görə, paytaxtda enerji təchizatındakı fasilələr gündəlik həyata ciddi təsir göstərir və vəziyyət getdikcə daha da ağırlaşır.

Denmedia.az