Geri qayıt Çap et

Ukrayna xüsusi xidmətinin başçısı istefa verdi

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Maluk istefa ərizəsi verib.

 Bu barədə Strana.ua Telegram-kanalı jurnalist Stanislav Reçinskiyə istinadən məlumat yayıb.

“Maluku sona qədər sıxdılar, ərizəni yazdı”, — deyə Reçinski bildirib.

Onun sözlərinə görə, SBU sədrinin postu uğrunda iki əsas namizəd var. Bunlar qurum sədrinin müavini Aleksandr Poklad və Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeni Xmaradir.

DenMedia.az