Geri qayıt Çap et

İranın qərbində polis bölməsinə hücum: 3 ölü, 17 yaralı

İranın qərbində polis bölməsinə hücum nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Fars agentliyi məlumat yayıb.

Məlumata görə, insident Lorestan əyalətinin Ezna şəhərində, milli valyuta — rialın kəskin ucuzlaşması fonunda keçirilən etirazlar zamanı baş verib.

Agentliyin yaydığı xəbərdə bildirilir ki, təxminən saat 18:00-da bir qrup iğtişaşçı şəhərdəki etirazlardan istifadə edərək polis qərargahına hücum edib. Toqquşma zamanı üç nəfər həyatını itirib, 17 nəfər isə xəsarət alıb.

DenMedia.az