Geri qayıt Çap et

Son saniyəyədək: Makron 2027-yə qədər prezident postunda qalacağını elan etdi

Fransa Prezidenti Emmanuel Makron Yeni il münasibətilə vətəndaşlara müraciətində vəzifəsində qalmağı planlaşdırdığını bildirib.

DenMedia.az xəbər verir ki, çıxış dövlət başçısının X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.

Fransa lideri vurğulayıb ki, 2027-ci ildə başa çatacaq səlahiyyət müddətinin sonunadək fəaliyyətini davam etdirəcək.

Emmanuel Makron çıxışında deyib:

“Mən son saniyəyədək çalışacağam, hər gün Fransa vətəndaşlarının mənə etibar etdiyi mandata layiq olmağa çalışacağam.”