Geri qayıt Çap et

Səudiyyə rəhbərliyində hava hücumu: Yəməndə hərbi yük məhv edildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin şərqində yerləşən Hadramaut vilayətində, El-Mukalla limanına hava zərbələri endirib.

SPA xəbər agentliyinin məlumatına görə, zərbənin hədəfi BƏƏ-dən Yəmənin cənubundakı separatçılar üçün göndərilən hərbi yük olub.

 Bildirilir ki, sözügedən yük iki gəmidən boşaldılıb və tərkibinə silah-sursat və hərbi texnika daxil olub.

Məlumata əsasən, əməliyyat bölgədə separatçı qüvvələrin hərbi imkanlarının zəiflədilməsi məqsədi daşıyıb.

DenMedia.az