Geri qayıt Çap et

5 ildən sonra ilk zəng? Zelenski Putinlə danışa bilər

ABŞ və Ukrayna prezidentləri Donald Trump və Volodimir Zelenski arasında aparılan danışıqlar Ukrayna liderinin beş ildən artıq fasilədən sonra Rusiya prezidenti Vladimir Putin ilə ilk telefon danışığına yol aça bilər. Bu barədə Fox News müzakirələrin gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, Zelenski ilə Putin arasında birbaşa telefon əlaqəsinin təşkili Tramp üçün diplomatik uğur sayıla bilər. Mənbə həmçinin bildirib ki, Ukrayna prezidenti Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında Ağ Evin rəhbəri ilə görüş ərəfəsində gərginlik keçirib. Onun sözlərinə görə, Zelenski adətən bu cür danışıqlara xarici siyasət qurumları tərəfindən hazırlanmış materialları uzun müddət öyrənərək ciddi hazırlaşır.

Putin və Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar. Həmin vaxt Kreml bildirirdi ki, söhbət Kiyevin təşəbbüsü ilə baş tutub və tərəflər Ukraynadaxili böhranın nizamlanmasının müxtəlif aspektlərini ətraflı müzakirə ediblər.

DenMedia.az