Gələcək 2026-cı il 2025-ci ildən xeyli daha çətin olacaq. Bu barədə İtaliyanın baş naziri Corcia Meloni Milad münasibətilə keçirilən təbrik mərasimində bildirib. Çıxış hökumət nazirlər şurasının YouTube kanalında yayımlanıb.
“Arxada qalan il hamımız üçün ağır oldu. Amma narahat olmayın, çünki qarşıdakı il daha da çətin olacaq. Ona görə də bu bayram günlərində yaxşı dincəlməyinizi tövsiyə edirəm. Bir neçə günə yenidən görüşəcəyik və bu möhtəşəm ölkə üçün cavablar verməyə davam edəcəyik”, — deyə Meloni vurğulayıb.