Geri qayıt Çap et

Ekspert Makronun Almaniya kanslerinə niyə "xəyanət etdiyini" izah etdi

Avropada Fransa prezidenti Emmanuel Makronun Aİ sammitində Rusiya aktivləri məsələsində Almaniya kansleri Fridrix Mertsa “xəyanət etməsi” ilə bağlı yayılan fikirlər fransız liderin siyasi çevikliyindən xəbər verir. Bu fikri politoloq Konstantin Bloxin “Gazeta.Ru”ya açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, Almaniya Qərbin anti-Rusiya xəttində birləşdirilməsinə yönəlmiş daha ənənəvi siyasət aparır, Makron isə dəyişən şəraitə uyğunlaşmağa çalışır və “küləyin hansı istiqamətdən əsdiyini görməyə çalışır.”

Bloxinin fikrincə, məhz bu yanaşma Aİ-də Ukraynanın Rusiya aktivləri hesabına maliyyələşdirilməsi məsələsində müəyyən gərginliklər yaradıb. O qeyd edib ki, bir tərəfdən Rusiya ilə bağlı sərt addımlar atmaq istəyi var, digər tərəfdən isə Qərb banklarında təkcə rusların deyil, Yaxın Şərq şeyxlərinin və Asiya ölkələri nümayəndələrinin də vəsaitlərinin saxlanılması imic riskləri yaradır.

Daha əvvəl “Financial Times” yazmışdı ki, Makron Aİ sammitində Ukraynanın maliyyələşdirilməsi üçün Rusiya aktivlərinin müsadirəsini qəbuledilməz adlandırıb və bu mövqe Mertsə xəyanət kimi qiymətləndirilib. Qəzetin vurğuladığına görə, bu məsələ sammitdə liderlər arasında fikir ayrılığının yeganə mövzusu olmayıb.

Nəticədə Avropa Ukraynaya öz borclanması hesabına kredit ayırmaq qərarına gəlib.

Adı açıqlanmayan mənbənin “Financial Times”a bildirdiyinə görə, “Makron Mertsa xəyanət etdi və bunun bədəlini ödəyəcəyini bilir. O qədər zəif vəziyyətdədir ki, İtaliyanın baş naziri Corcia Meloniyə qoşulmaqdan başqa çıxış yolu qalmayıb.”

DenMedia.az