Geri qayıt Çap et

Trampdan gözlənilməz açıqlama: mövzu gizli saxlanılır

ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqset və Hərbi Dəniz Qüvvələrinin rəhbəri Con Felan ilə birlikdə açıqlama verəcək.

 Bu barədə “RIA Novosti” siyasətçinin iş qrafikinə istinadən məlumat yayıb.

Açıqlamanın mövzusu əvvəlcədən elan edilməyib. Ağ Evin rəhbəri yerli vaxtla 16:30-da (Moskva vaxtı ilə 00:30-da) çıxış edəcək. ABŞ prezidentinin konkret olaraq nədən danışacağı hələlik məlum deyil.

Tramp bəyanatı Ağ Evdən deyil, Florida ştatının Palm-Biç şəhərindən verəcək. Açıqlamadan təxminən bir saat əvvəl onun üçün qapalı kəşfiyyat brifinqi keçiriləcək.

DenMedia.az