Geri qayıt Çap et

“İstəkli ölkələr koalisiyası”: NATO Ukrayna üçün hərbi ssenarini hazırlayır

NATO-nun baş katibi Mark Rütte bildirib ki, Avropanın bir neçə dövləti Rusiya mümkün sülh razılaşmasını pozacağı təqdirdə Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını ifadə ediblər. Bu barədə “Bild” qəzeti yazır.

Hazırda “istəkli ölkələr koalisiyası”nın dəqiq strukturu üzərində iş aparılır. NATO qarşısında potensial qüvvələrin quru, dəniz və hava məkanında necə yerləşdiriləcəyini müəyyənləşdirmək vəzifəsi dayanır.

ABŞ-ın Avropadan qoşunları çıxarma planları ilə bağlı sualı cavablandıran Rütte qeyd edib ki, avropalılar Vaşinqtona atılan addımlar barədə aydın mesaj veriblər.

“ABŞ açıq şəkildə bəyan edib ki, Avropaya bağlılığını həm nüvə, həm də ənənəvi hərbi sahədə qoruyacaq. Avropadan qoşunların çıxarılması müzakirə mövzusu deyil,” — deyə NATO baş katibi vurğulayıb.

DenMedia.az