Geri qayıt Çap et

Büdcə müzakirəsi bitdi, dava başladı: Ankarada gərgin anlar

Türkiyədə büdcənin qəbulu ilə bağlı keçirilən parlament iclası zamanı deputatlar arasında dava düşüb.

Bu barədə “Haberler” saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hakim Ədalət və İnkişaf Partiyasının üzvləri ilə müxalif Cümhuriyyət Xalq Partiyasının deputatları arasında münaqişə büdcə artıq müzakirə edildikdən sonra yaranıb. İki deputat arasında başlayan sözlü mübahisə qısa müddətdə ümumi əlbəyaxa davaya çevrilib.

Dava yalnız digər deputatların müdaxiləsindən sonra dayandırıla bilib.

DenMedia.az