Geri qayıt Çap et

Eyni mətn, eyni mesaj: Mayami danışıqlarından sonra diqqətçəkən addım

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Mayamidə keçirilən danışıqların yekunlarına dair X sosial şəbəkəsində eyni məzmunlu açıqlamalar yayımlayıblar.

Məlumatda bildirilir ki, ayrı-ayrılıqda keçirilən ABŞ–Ukrayna görüşü zamanı tərəflər dörd əsas sənədi müzakirə ediblər. Bu sənədlərə 20 maddədən ibarət sülh planı, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətləri, “iqtisadiyyat və rifah” planının inkişafı və digər məsələlər daxil olub.

Uitkoff və Umerov xüsusilə gələcək addımların vaxt çərçivəsinə və ardıcıllığına diqqət yetirildiyini vurğulayıblar.

DenMedia.az