Geri qayıt Çap et

İsrail həyəcan təbili çaldı: İranın raket təlimləri hücuma örtük ola bilər

İsrail ötən həftəsonu ABŞ-ni xəbərdar edib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçirdiyi raket təlimləri real hücuma hazırlıq ola bilər. Bu barədə Axios məlumatlı mənbələrə istinadən xəbər verir.

Portalın məlumatına görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir şənbə günü telefon danışığı zamanı ABŞ Mərkəzi Komandanlığının rəhbəri Brad Cooperə bildirib ki, İsrail SEPAH-ın bir neçə gün əvvəl başladığı raket təlimlərindən ciddi şəkildə narahatdır.

Zamir qeyd edib ki, İranın son raket hərəkətliliyi və digər əməliyyat addımları qəfil hücum üçün örtük rolunu oynaya bilər. O, ABŞ Silahlı Qüvvələrini mümkün müdafiə hazırlıqlarını İsrail ordusu ilə koordinasiya etməyə çağırıb.

Bazar günü Kuper Tel-Avivə səfər edib. Burada o, Zamir və "Israel Defense Forces"in yüksək rütbəli nümayəndələri ilə görüş keçirib.

“İranın hücum ehtimalı 50 faizdən aşağıdır, lakin heç kim risk edib bunu sadəcə təlim adlandırmaq istəmir”, — deyə portalın mənbələrindən biri bildirib.

Bununla yanaşı, amerikalı mənbə qeyd edib ki, ABŞ kəşfiyyatı hazırda İranın qaçılmaz hücuma hazırlaşdığına dair konkret məlumatlara malik deyil.

DenMedia.az