Cari il ərzində La-Manş boğazını kiçik qayıqlarla keçərək **Böyük Britaniya**ya çatan miqrantların ümumi sayı 41 455 nəfərə çatıb. Bu barədə The Guardian ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, təkcə bu şənbə, 20 dekabr tarixində La-Manş boğazını qayıqlarla keçənlərin sayı 800 nəfəri ötüb ki, bu da cari ilin dekabr ayı üçün rekord göstəricidir.
İllik rekord göstərici daha əvvəl 2022-ci ildə qeydə alınıb və həmin il 45 755 nəfər miqrant bu marşrutla Böyük Britaniyaya çatıb.
Sentyabr ayında isə Fransanın şimalındakı çimərliklərin birində azyaşlının cəsədi tapılıb. Ehtimallara görə, o, Böyük Britaniyaya çatmaq məqsədilə La-Manş boğazını kiçik qayıqla keçməyə çalışarkən həlak olub.