Geri qayıt Çap et

İmran Xanla xanımına ayrılıqda 17 il həbs verildi

Pakistanın hazırda həbsdə olan keçmiş Baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib.

“Denmedia.az” xəbər verir ki, bu barədə “NDTV World” məlumat yayıb.

Bildirilib ki, məhkəmə İmran Xanla yanaşı, onun həyat yoldaşı Büşra Bibi barəsində də 17 il həbs qərarı çıxarıb.

Cütlük qanunsuz olaraq bahalı hədiyyələr əldə etməkdə, eləcə də korrupsiya işində təqsirli biliniblər.

Bununla yanaşı, məhkəmə onların hər birinə 16,4 milyon Pakistan Kronu məbləğində cərimə kəsib.

Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.