Geri qayıt Çap et

Rusiya Qərblə hərbi sazişləri ləğv edir

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyinə Almaniya, Böyük Britaniya və Polşa da daxil olmaqla 11 Qərb ölkəsi ilə bağlanmış beynəlxalq hərbi sazişləri dayandırmağa icazə verilib.

Sənəd cümə günü rəsmi hüquqi məlumat portalında dərc olunub.

Sərəncama görə, Rusiya Müdafiə Nazirliyi Bolqarıstan, Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə müdafiə nazirlikləri arasında mövcud olan hərbi əməkdaşlıq sazişlərini ləğv edə biləcək.

Bundan əlavə, Rusiya və Böyük Britaniyanın hərbi qurumları arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun da qüvvədən düşməsi nəzərdə tutulur.

Denmedia.az