Geri qayıt Çap et

Avropa Komissiyası hərəkətə keçir: Gürcüstanın vizasız statusu risk altında

Avropa Komissiyası Gürcüstanla vizasız rejimin dayandırılması imkanını nəzərdən keçirir. Bu barədə Avropa Komissiyasının hesabatında qeyd olunur. Bildirilir ki, Tbilisi Avropa İttifaqının tövsiyələrini görməzlikdən gəlməkdə davam edərsə, bu addım atıla bilər.

Sənəddə vurğulanır ki, xarici təsirin şəffaflığı, ailə dəyərləri, uşaqların müdafiəsi və xarici agentlərlə bağlı qanunlar Gürcüstanın üzərinə götürdüyü Avropa öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Yeni qaydalara əsasən, ilk mərhələdə vizasız rejimin dayandırılması diplomatik, xidməti və rəsmi pasport sahiblərinə şamil oluna bilər.

İkinci mərhələdə isə, əgər Gürcüstan hakimiyyəti aşkar edilmiş problemləri aradan qaldırmasa, vizasız rejim bütün əhali üçün ləğv oluna bilər.

Sənəddə qeyd olunur ki, son nəticədə Gürcüstan vizasız ölkə statusunu tamamilə itirə bilər.

Denmedia.az