Geri qayıt Çap et

Roma simvolu pullu olur: Trevi fəvvarəsinə giriş ödənişli olacaq

Roma meri Roberto Qualtieri mətbuat konfransında bildirib ki, 1 fevral 2026-cı ildən etibarən Trevi fəvvarəsinə yaxınlaşmaq üçün turistlər 2 avro dəyərində bilet almalı olacaqlar. Bu barədə ANSA agentliyi məlumat yayıb.

Qərara əsasən, Roma şəhərində altı tarixi məkana giriş ödənişli edilir.

Ödəniş tətbiq ediləcək məkanlar bunlardır:

  • Villa Maksensiya

  • Napoleon Muzeyi

  • Barrakko Muzeyi

  • Carlo Bilotti Muzeyi

  • Pietro Kanonika ev-muzeyi

Bu obyektlərin hər birinə giriş 5 avro təşkil edəcək.

Merin sözlərinə görə, ildə təxminən 9 milyon turistin ziyarət etdiyi Trevi fəvvarəsindən şəhər büdcəsinə illik 6,5 milyon avro gəlir gözlənilir.

Roma sakinləri üçün giriş pulsuz qalacaq.

Denmedia.az