ABŞ hərbçiləri Suriyada “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə qarşı havadan zərbələr endirməyə başlayıb.
Bu barədə The New York Times qəzeti mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, cümə günü ABŞ Suriyanın mərkəzində bir həftə əvvəl baş verən terror hücumuna cavab olaraq İŞİD hədəflərinə aviazərbələr endirib.
Əməliyyat zamanı terror təşkilatına məxsus onlarla obyekt, o cümlədən silah anbarları hədəfə alınıb. Zərbələrin endirilməsində ABŞ-a məxsus qırıcı təyyarələr və hərbi helikopterlər iştirak edib.