Geri qayıt Çap et

ABŞ-dan mühüm mesaj: Ukrayna münaqişəsində sülhə bir addım qaldı

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda yalnız bəzi incə məqamlar və texniki detalların razılaşdırılması qalıb.

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mett Uitakker Fox News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflər sülhə heç vaxt indiki qədər yaxın olmayıb. Uitakker qeyd edib ki, hazırda proses “son və həssas danışıqlar mərhələsinə” daxil olub və bütün tərəflərdən ciddi siyasi iradə tələb olunur.

ABŞ nümayəndəsi vurğulayıb ki, qarşıdakı günlərdə Mayamidə keçiriləcək görüşdə Avropa İttifaqı, Kiyev və Vaşinqton arasında əvvəlcədən razılaşdırılmış sülh planı müzakirə olunacaq. Onun fikrincə, real sülh şansı mövcuddur və bu fürsət dəyərləndirilməlidir.

Denmedia.az