Geri qayıt Çap et

“Ən böyük peşmanlıq budur” - Putindən Etiraf

İnsanlar ömrünün sonunda ən çox uşaqlarına az vaxt ayırdıqlarına görə peşman olurlar.

Bu fikri Rusiya prezidenti Vladimir Putin birbaşa xətt zamanı səsləndirib.

“İnsanlar həyatdan köçərkən ən çox uşaqlarına kifayət qədər diqqət ayırmadıqlarına görə təəssüflənirlər”, — deyə dövlət başçısı bildirib.

Tədbir zamanı prezident həmçinin bildirib ki, Rusiya hər qadına iki uşaq doğum nisbətinə nail olmalıdır.

Xatırladaq ki, 23 oktyabrda demoqrafik və ailə siyasətinin icrasına həsr olunmuş Şura iclasında Putin ölkənin doğum səviyyəsinin azalması problemi ilə üz-üzə qaldığını demişdi. Onun sözlərinə görə, bu vəziyyət İkinci Dünya müharibəsindəki böyük itkilər və 1990-cı illərin böhranlı dövrü nəticəsində yaranmış iki demoqrafik boşluğun “əks-sədasıdır”.

Dekabr ayında hökumətə ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün əlavə və təxirəsalınmaz tədbirlərin hazırlanması tapşırılıb.

Rosstatın məlumatına əsasən, 2023-cü ildə doğum əmsalı 1,41-ə düşüb (bir qadına düşən orta uşaq sayı) və yeni doğulanların ümumi sayı son 17 ilin minimumuna enib.

Denmedia.az