Financial Times nəşrinin yazdığına görə, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Ciorcia Meloni Avropa İttifaqının Ukraynaya dəstək üçün nəzərdə tutulan “reparasiya krediti” planından imtina etməsində əsas rol oynayıblar.
Məlumata əsasən, sözügedən təşəbbüs dondurulmuş Rusiya aktivləri hesabına kredit ayrılmasını nəzərdə tutsa da, bir sıra Avropa liderləri bu planın hüquqi və maliyyə risklərindən narahat olub. Meloni beynəlxalq hüquq üçün təhlükəli presedent yarana biləcəyini, Makron isə Avropanın uzunmüddətli siyasi və iqtisadi maraqlarına zərər dəyə biləcəyini bildirib.
Nəticədə plan Aİ səviyyəsində lazımi dəstəyi toplaya bilməyib və gündəmdən çıxarılıb. Bunun əvəzinə Ukraynaya yardım üçün alternativ maliyyə mexanizmləri müzakirə olunur.