Geri qayıt Çap et

Ukrayna zərbəsi Rusiyanın neft tankerini batırır

Ukrayna ordusunun 19 dekabr tarixində Rostov-na-Donuda endirdiyi zərbədən sonra Rusiyaya məxsus “Valeriy Qorçakov” tankeri qismən suya batmağa başlayıb. Bu barədə ASTRA məlumat yayıb.

Bildirilir ki, tanker Novoxaxtinsk Neft Məhsulları Zavodunun terminalı yaxınlığında dayanmışdı. Həmin ərazi 15 dekabrda da atəşə məruz qalmışdı.

Zərbə nəticəsində tankerin idarəetmə kabinəsi, gövdəsi və mühərrik bölməsi ciddi zədələnib. Hadisə zamanı aşpaz və motorçu həlak olub, kapitanın böyük köməkçisi və iki matros yaralanıb.

Hadisə baş verən ərazi mühafizə altına alınıb, neft sızmasının qarşısını almaq üçün ətraf xüsusi bəndlərlə (bonlarla) əhatəyə alınıb.

Denmedia.az