Denmedia.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəticə verməzsə, Avropa liderləri və Ukrayna Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmasa hazır olmalıdır.
Makron bu fikirləri Aİ sammitindən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
“Əgər ABŞ-ın rəhbərliyi altında aparılan sülh danışıqları uğursuz olarsa, yaxın həftələrdə avropalılar üçün Rusiya ilə tam şəffaflıq şəraitində və Ukraynanın məlumatlı olduğu formada dialoqu yenidən bərpa etməyin yollarını tapmalı olacağıq”, — deyə Makron vurğulayıb.
O əlavə edib ki, Rusiya ilə düzgün və məntiqli danışıq çərçivəsi tapılmalıdır.
Vaşinqtonun Ukrayna böhranının həlli istiqamətindəki səylərini şərh edən Fransa prezidenti bildirib ki, mövcud vəziyyət “ideal deyil”.
“Tezliklə Vladimir Putinlə yenidən danışmaq faydalı ola bilər”, — deyə Makron fikrini yekunlaşdırıb.