Geri qayıt Çap et

Zelenskidən etiraf: Ən kritik məsələlər açıq qalır

Ukrayna ilə ABŞ arasında aparılan təmaslar zamanı Donbas əraziləri və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələləri həll etmək mümkün olmayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun çıxışı Prezident Ofisinin YouTube kanalında yayımlanıb.

Zelenskinin sözlərinə görə, ən həssas mövzular məhz Zaporojye AES və Donbasla bağlı məsələlərdir.

“Atom elektrik stansiyası (Zaporojye AES)… bu məsələ hələ də həll olunmayıb. Bu, maliyyə ilə bağlı bir məsələdir,” – deyə Zelenski çıxışı zamanı bildirib.

Denmedia.az