Geri qayıt Çap et

Qəzza üçün diplomatik masa: Uitkoff vasitəçilərlə görüşəcək

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff cümə günü Mayami şəhərində İsrail ilə Qəzza sektoru arasındakı münaqişənin nizamlanmasında vasitəçi rolunu oynayan ölkələrin nümayəndələri ilə görüş keçirəcək.

Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoff cümə günü Mayamidə Qətər, Misir və Türkiyədən olan yüksək vəzifəli rəsmilərlə görüşərək Qəzza sektorunda müharibənin sona çatdırılmasına dair razılaşmanın növbəti mərhələsini müzakirə edəcək.

Denmedia.az