Fransa inəklərin arasında nodulyar dermatit xəstəliyinin kəskin yayılmasını cilovlamaq üçün ordu resurslarını səfərbər edib.
Bu barədə Reuters məlumat yayıb. Hərbçilər logistika işlərini və heyvanların kütləvi vaksinasiyasına dəstəyi öz üzərlərinə götürüblər.
Təcili əməliyyat çərçivəsində ölkənin cənub-qərb bölgəsinə yüz minlərlə doza vaksin artıq çatdırılıb. Hərbi qulluqçular 750 min baş mal-qaranı əhatə etməsi planlaşdırılan peyvənd kampaniyasında birbaşa iştirak edəcəklər. Ən çox zərər görmüş bölgələrə hərbi baytarlar da göndəriləcək.
Əlavə vaksin partiyası Tuluzadakı hərbi bazaya A400M hərbi-nəqliyyat təyyarəsi ilə çatdırılıb, — deyə Fransa ordusunun nümayəndəsi, polkovnik Giyom Vern jurnalistlərə bildirib.
Kampaniya bir ay davam edəcək. Onun təminatı üçün Fransa öz ehtiyatındakı 500 min doza ilə yanaşı, Niderlanddan əlavə 400 min doza vaksin də satın alıb.