Geri qayıt Çap et

Lukaşenkodan sensasion sözlər: Trampın ən güclü silahı kimdir?

elarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampı onun “ən güclü silahı” adlandırıb. Bu barədə TASS agentliyi məlumat yayıb.

“Mən ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koulə dedim: Trampa çatdır, niyə onun sahib olduğu ən güclü silahdan — Melaniyadan istifadə etmirsiniz? O, bizim adamdır, slavyandır. Çox şey edə bilərdi, bu baxımdan ondan istifadə etmək lazımdır”, — deyə Lukaşenko VII ÜmumBelarus Xalq Məclisinin nümayəndələri ilə söhbətində bildirib.

Belarus liderinin sözlərinə görə, Koul bu fikirləri eşidəndə ona baxıb gülümsəyib. Lukaşenko isə həmin anda düşündüyünü deyib ki, belə bir dəvət birmənalı qarşılanmaya bilər, çünki nəzəri olaraq Tramp qısqanclıq səbəbilə danışıqları və münasibətləri poza bilərdi.

Bununla yanaşı, Lukaşenko qeyd edib ki, Melaniya Trampın siyasi qərarların qəbulunda daha fəal iştirak etməsini təklif edib və onun fikrincə, bu Tramp üçün pis olmazdı.

Denmedia.az