Geri qayıt Çap et

Rusiya aktivləri olmadan? Aİ Ukraynaya milyardlıq yardım ayırır

Avropa İttifaqı sammitinin iştirakçıları Ukraynaya iki il ərzində 90 milyard avro məbləğində maliyyə yardımının ayrılması barədə razılığa gəliblər. Bu barədə Avropa Şurasının sədri Antoniu Koşta sosial şəbəkə X-dəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, vəsaitin ayrılması barədə qərar ümumavropa borclanması çərçivəsində qəbul edilib. Koşta bu planın dondurulmuş Rusiya aktivlərindən istifadə ilə əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.

“Biz razılığa gəldik. 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro dəstək göstərilməsi barədə qərar qəbul olundu”, — deyə Koşta yazıb.

Qeyd olunur ki, 90 milyard avroluq məbləğ Avropa Komissiyasının alternativ planına uyğundur. Həmin plan Rusiya aktivlərinin müsadirəsi olmadan, borc vəsaitlərinin cəlb edilməsini nəzərdə tutur.

Denmedia.az