Geri qayıt Çap et

“Üç uşaq — istənilən tələb” — Lukaşenkodan sensasion bəyanat

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, üç uşaq dünyaya gətirən qadınlar ondan istədikləri hər şeyi tələb edə bilərlər.

O, bu fikri VII ÜmumBelarus Xalq Məclisinin iclasında belarus xalqına və parlamentə müraciəti zamanı səsləndirib. 

“Əhalinin sayını heç olmasa indiki səviyyədə saxlamaq üçün hər ailədə üç uşaq doğulmalıdır. Əziz qadınlar, üç uşaq dünyaya gətirin və məndən nə istəyirsinizsə, tələb edin”, — deyə Lukaşenko bildirib.

O əlavə edib ki, belaruslar olmadan Belarus da ola bilməz, buna görə demoqrafiya məsələsi bu gün ölkə üçün ən kəskin problemlərdən biridir.

Respublika rəhbərinin sözlərinə görə, mövcud demoqrafik şəraitdə gənc anaların işəgötürən üçün problem hesab edilməsi cinayətdir.

Lukaşenko həmçinin qeyd edib ki, ana qadın obrazı yenidən ucaldılmalıdır. Onun fikrincə, bu gün qadın müxtəlif sahələrdə özünü reallaşdıra bilər — “həm işgüzar, həm də üç və ya daha çox uşağı olsa belə uğurlu ola bilər”.

Denmedia.az