ABŞ və Rusiya nümayəndə heyətləri Ukrayna böhranının həlli ilə bağlı yaxın həftəsonu Floridada danışıqlar apara bilərlər. Bu barədə Politico mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyev və Moskva arasındakı münaqişəni başa çatdırmaq cəhdləri çərçivəsində tərəflərin Mayamidə görüşünü planlaşdırır. Bununla belə, qeyd olunur ki, planlar hələ dəyişə bilər.
Əgər Floridada təmaslar baş tutarsa, ABŞ tərəfi Berlin danışıqlarının nəticələrini təqdim etməyi nəzərdə tutur. Həmin danışıqlarda ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələri iştirak edib.
Politico yazır ki, Rusiya tərəfini prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ tərəfini isə Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edə bilər.