Geri qayıt Çap et

Türkiyədən ABŞ-a jest: Rusiya silahı geri qaytarıla bilər

Türkiyə ABŞ-la münasibətləri normallaşdırmaq və F-35 qırıcılarının yolunu açmaq üçün Rusiya istehsalı S-400 zenit-raket komplekslərindən imtina etməyə hazırlaşır. Bloomberg-in yazdığına görə, bu addım Ankaranın Vaşinqtona verdiyi ən ciddi siyasi və hərbi siqnallardan biri kimi qiymətləndirilir.

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın sözlərinə görə, Ankara artıq S-400 məsələsində geri addım atmağa çox yaxındır. Bu isə illərdir davam edən gərginlikdən sonra Türkiyə–ABŞ münasibətlərində kəskin dönüş nöqtəsi ola bilər.

Denmedia.az