Reuters agentliyi adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən xəbər verir ki, Berlində Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda ABŞ və Ukrayna nümayəndələri bəzi məsələlər üzrə razılığa gəliblər.
Mənbənin sözlərinə görə, tərəflər “bir sıra məsələlər üzrə konsensus” əldə ediblər.
Bundan az əvvəl Ukrayna tərəfinin danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov bildirib ki, Kiyev günün sonunadək ABŞ ilə “bizi sülhə yaxınlaşdıracaq” razılaşmaya nail olmağa ümid edir.
“Bu razılaşma bizi sülhə yaxınlaşdıracaq,” — deyə Umerov vurğulayıb.
Qeyd edək ki, 14 və 15 dekabr tarixlərində Berlində Ukrayna münaqişəsinin nizamlanması mövzusunda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüşlər keçirilib. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Almaniya kansleri Fridrix Merts ilə də danışıqlar aparıb.