Ukrayna KİV-lərinin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə danışıqlarının ikinci raundu Berlində başlayıb.
Qeyd olunur ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar 14 dekabrda start götürüb və beş saatdan çox davam edib.