Geri qayıt Çap et

Suriyada təhlükəli anlar: ABŞ–Suriya patrulu hədəfə alındı

Şənbə günü Suriya təhlükəsizlik xidmətlərinin əməkdaşları və ABŞ hərbçiləri Palmira şəhəri yaxınlığında birgə patrul zamanı atəşə tutulub.

Bu barədə SANA agentliyi Suriyanın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, hadisə nəticəsində iki suriyalı həlak olub, bir neçə amerikalı hərbçi isə yaralanıb.

Yaralı ABŞ hərbçiləri “At-Tanf” ABŞ hərbi bazasına köçürülüb.

Hadisə ilə bağlı Pentaqon hələlik açıqlama verməyib.

DenMedia.az