Geri qayıt Çap et

Ərdoğan Qara dəniz üçün qırmızı xətti çəkdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qara dəniz Rusiya və Ukrayna arasında “hesablaşma meydanına” çevrilməməlidir.

Bu barədə NTV telekanalı məlumat yayıb, DenMedia.az xəbər verir.

“Hesablaşmalar nə Rusiyaya, nə də Ukraynaya fayda gətirər”, – deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan həmçinin regionda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib və bunun üçün bütün zəruri tədbirlərin görülməsinə çağırıb.