Geri qayıt Çap et

“Müharibənin kölgəsi Avropaya qayıdır” – Britaniya müharibəyə hazırlaşır

Böyük Britaniyanın Silahlı Qüvvələr naziri El Karns ölkədə müharibəyə hazırlıq planlarının sürətlə hazırlandığını bildirib.

 Bu barədə Sky News məlumat yayıb, xəbər verir DenMedia.az.

“Müharibənin kölgəsi yenidən Avropanın qapılarını döyür. Bu, reallıqdır. Biz onun qarşısını almağa hazır olmalıyıq”, — deyə Karns vurğulayıb.

Nazir həmçinin mümkün genişmiqyaslı münaqişə zamanı mülki əhalinin roluna diqqət çəkib. Onun sözlərinə görə, ordular, donanmalar və hava qüvvələri böhranlara cavab verir, lakin

“müharibələri cəmiyyətlər, sənaye və iqtisadiyyat qazanır.”