ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt sahəsinin vahid qaydalarla tənzimlənməsini nəzərdə tutan fərman imzalayıb.
Sənəd ştatların bu sahədə öz müstəqil tənzimləmə mexanizmlərini tətbiq etməsinin qarşısını alır.
Ağ Evdə imzalanma mərasimində çıxış edən Tramp bildirib ki, fərmanın məqsədi süni intellekt üçün vahid milli çərçivə formalaşdırmaqdır.
Ağ Ev Aparatının rəhbəri Uill Şarf isə qeyd edib ki, bu fərman administrasiyanın bütün strukturlarını süni intellektin ştatlar üzrə parçalanmış qaydalarla deyil, milli səviyyədə vahid sistemlə fəaliyyət göstərməsini təmin etməyə məcbur edir. Onun sözlərinə görə, ştat səviyyəli tənzimləmələr sahənin inkişafını iflic edə bilər.