Geri qayıt Çap et

Rusiyanın nüvə elminin patriarxı Radiy İlyakayev dünyasını dəyişdi

SSRİ və Rusiyanın nüvə proqramının aparıcı isimlərindən biri, RAN akademiki Radiy İlyakayev vəfat edib. Bu barədə Sarov şəhərinin rəhbəri Aleksey Safonov Telegram-da məlumat verib.

Məlumata görə, fundamental elmi işlərin müəllifi, ölkənin ən yüksək dövlət mükafatlarının laureatı və “Vətənə xidmətə görə” ordeninin tam kavaleri olan İlyakayev 12 il ərzində Sarovdakı (Arzamas-16) Rusiya Federal Nüvə Mərkəzi — RFYaÇ-VNİİEF-ə rəhbərlik edib. Daha sonra 8 il institutun elmi rəhbəri olub, 2017-ci ildən isə onun fəxri elmi rəhbəri kimi fəaliyyət göstərirdi.

DenMedia.az